Понедельник, 06.05.2024, 04:00
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 12 » Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
12:42
Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.   Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinin eksperti İlqar İmanverdiyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə sentyabrın 11-də saat 19.00 radələrində rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini Qabil Nəsirov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçmək istəyən Şahağacı kənd sakini, 1975-ci il təvəllüdlü Xəyyam Abutalıb oğlu Mirzəyevi vurub. X.Mirzəyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
 
Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930