Понедельник, 06.05.2024, 13:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 18 » Astarada əmək yarmarkası keçirilib
12:58
Astarada əmək yarmarkası keçirilib



Astara. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın Astara şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin tədbirlər planına müvafiq olaraq növbəti əmək yarmarkası keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olub. Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, yarmarkada iştirak edən vətəndaşlara 15 dövlət, 10 özəl müəssisə və təşkilat tərəfindən 200 boş iş yeri təqdim olunub. Bu iş yerlərinə görə 95 manatdan 568 manatadək əmək haqqı təklif edilib. 320-ə yaxın işaxtaran və işsiz vətəndaşın iştirak etdiyi yarmarkanın sonunda 60 nəfərə daimi iş yerinə göndəriş verilib. 

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930