Понедельник, 29.04.2024, 02:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 20 » Astarada iki avtomobil toqquşub, üç nəfər yaralanıb
16:38
Astarada iki avtomobil toqquşub, üç nəfər yaralanıb



Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) baş müfəttişi İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt - Astara magistralının 219 kilometrliyində - rayonun Telman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Siyəkü kənd sakini, 29 yaşlı Rövşən Əkbərovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn Lənkəran rayonunun Vilvan kənd sakini, 51 yaşlı Hüseynağa Əliyevin idarə etdiyi "VAZ-2106” markalı avtomaşınla toqquşub. Güclü zərbədən "VAZ-2106” markalı avtomaşın yoldan çıxaraq, yolun kənarındakı su arxına düşüb. Nəticədə hər iki avtomobilin sürücüsü, eləcə də "VAZ-2107”- nin sərnişini, Astaranın Siyəkü kənd sakini, 38 yaşlı Kamil İrşadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bundan əlavə hər iki avtomaşın yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

Просмотров: 211 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930