Суббота, 04.05.2024, 10:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 16 » Astarada ev yanıb
19:19
Astarada ev yanıb



Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 16-da saat 16.00 radələrində rayonun Telman kənd sakini, 1983-cü il təvəllüdlü Zaur Rzayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov dalğası gücləndiyindən hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən daha bir yanğınsöndürən maşın və canlı qüvvə çağırılıb. Bir saatdan artıq  mübarizədən sonra yanğın lokallaşdırılmaqla onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli, 7 otaqlı ev  içindəki avadanlıqlarla birlikdə yanaraq külə dönüb.

 

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə keçirilən ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 268 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031