Воскресенье, 28.04.2024, 10:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 31 » Astarada baş verən qəzada minik avtomobili ikiyə bölünüb, sürücü ağır xəsarət alıb
13:17
Astarada baş verən qəzada minik avtomobili ikiyə bölünüb, sürücü ağır xəsarət alıb
 
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 31-də saat 12.00 radələrində Ələt-Astara magistralının rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon sakini, 1992-ci il təvəllüdlü Emil İbadovun idarə etdiyi “VAZ-2106” markalı, 07-BF-619 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə yolun kənarındakı ağaca, daha sonra isə yolun kənarında dayanmış, Astara rayonu Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü İlqar Əhmədova məxsus “QAZel” markalı, 07-BE-825 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.

Zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil iki yerə bölünüb.

Avtomobilin sürücüsü sağ baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona burada müvafiq ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Qəza zamanı “QAZel” markalı maşına da ciddi ziyan dəyib.

İlkin versiya kimi, hadisənin “VAZ-2106” markalı minik avtomobilinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Dəqiq səbəblər isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Просмотров: 304 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031