Четверг, 02.05.2024, 04:11
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 21 » Astarada balıq istehsalı sexində yanğın olub
18:16
Astarada balıq istehsalı sexində yanğın olub



Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 20-də saat 22.30 radələrində Rayon İcra Hakimiyyətinin balansında olan və hazırda fəaliyyət göstərməyən balıq istehsalı sexində qeydə alınıb.

 

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kv.m olan sexin dam örtüyü 70 kv.m sahədə yanaraq yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 280 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031