Суббота, 04.05.2024, 11:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 29 » Astarada «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib
17:53
Astarada «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda konfrans keçirilib


Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Astarada «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib.


Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Astara Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb: «Bütün bunlar əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının genişləndirilməsinə şərait yaratmaqla istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir. Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1 287,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib».

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Просмотров: 256 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031