Воскресенье, 28.04.2024, 00:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 14 » Astarada ABŞ-ın dəstəyi ilə qızlar məktəbi açılacaq
18:35
Astarada ABŞ-ın dəstəyi ilə qızlar məktəbi açılacaq


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza xanımı Zeyno Baran-Brayza və UNİCEF-in Azərbaycan üzrə ofis direktoru Mark Herevordla birlikdə bu gün Astara Pedaqoji Texnikumunda rayonun fəal gəncləri ilə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, səfir öncə gənclərə söz verərək, onların arzu və məqsədləri, gələcək həyat planları ilə maraqlanıb. Daha sonra M. Brayza cənub bölgəsinə səfərinin məqsədi barədə açıqlama verib.


Heydər Əliyev Fondunun təşəbbüsü, ABŞ səfirliyinin, Birləşmiş Ştatların Avropa Komandanlığının və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə səyləri ilə Astarada məşhur Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin adını daşıyacaq qızlar üçün peşəyönümlü məktəbin açılacağını bildirən diplomat, 1905-ci ildə də burada Tağıyev tərəfindən ilk qızlar məktəbinin əsasının qoyulduğunu xatırladıb: "Bu məktəbə qəbul olunacaq qızlara cəmiyyətdə, həyatda onlara fayda gətirən lazımı qabiliyyət və bacarıqlar öyrədiləcək”.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031