Понедельник, 29.04.2024, 01:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 10 » Astara rayonunda yol qəzasında iki nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb
10:57
Astara rayonunda yol qəzasında iki nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb


Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 10-da saat 08.30 radələrində Ələt-Astara magistralının 224-cü kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb.   Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Volkswagen” markalı avtomobillə "VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran və Astara rayonlarının xəstəxanalarına yerləşdirilib. 

Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb, qəzada ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
 
Просмотров: 239 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031