Вторник, 07.05.2024, 03:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 2 » Almaniyanın Azərbaycandakı səfiri Lənkəranda olub
08:03
Almaniyanın Azərbaycandakı səfiri Lənkəranda olub


Lənkəran. Ağəddin Babayev-APA. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Lənkərana səfərə gəlib. APA-nın Cənub bürosunun məlumatına görə, ötən gün Lənkəran şəhər stadionunda futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı çərçivəsində keçirilən Almaniya-Uruqvay milli komandalarının oyununu canlı seyr edən H. Kvelle bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.   Görüş zamanı icra başçısı xarici diplomata Lənkəran rayonunun sosial-iqtisadi həyatında baş verən yeniliklər, turizm potensialı barədə məlumat verib. Herbert Kvelle isə öz növbəsində Lənkəranın geniş turizm potensialına malik olduğunu və təmsil etdiyi ölkənin bölgənin bu sahəsinə sərmayə yatırmaqda maraqlı olduğunu bildirib.

Almaniya səfiri bu gün Lənkəran Dövlət Universitetinin (LDU) təlim-tədris prosesi ilə də tanış olub, LDU-nin rektoru Asəf İsgəndərovla birlikdə Almaniya universitetləri ilə Lənkəran Dövlət Universiteti arasında tələbə mübadiləsinin aparılmasını və elmi əməkdaşlıqların genişləndirilməsi məsələlərini müzakirə edib. 

Lənkərana səfəri zamanı H. Kvelle həmçinin rayonun tarixi-mədəni abidələrinə baş çəkib.
 
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031