Вторник, 07.05.2024, 18:10
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 23 » Allahşükür Paşazadə Xasavyurtda baş vermiş terror aktı ilə əlaqədar QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsini Azərbaycana çağırıb
21:57
Allahşükür Paşazadə Xasavyurtda baş vermiş terror aktı ilə əlaqədar QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsini Azərbaycana çağırıb


 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dağıstan Respublikasının Xasavyurt şəhərindəki İmam Əli məscidində baş verən hadisə nəticəsində həlak olmuş Elmin Cəfərovun ailəsinə maddi yardım edib.  

Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, maddi yardım QMİ-nin cənub bölgəsi üzrə qazisi Sədi Axundzadə vasitəsilə çatdırılıb. S. Axundzadə Astara rayonunun Pensər kəndində olaraq yas mərasimində iştirak edib, həmçinin mərhumun ailə üzvlərinə QMİ sədrinin başsağlığını çatdırıb.

Bundan başqa, Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsi Şihabuddin Kərimovu Bakıya çağırıb. Ş. Kərimova İmam Əli məscidindəki hadisə zamanı yaralanmış və hazırda Dağıstanda müalicə olunan 7 azərbaycanlıya baş çəkmək, həmçinin onlara maddi yardım ayırmaq tapşırılıb.

Qeyd edək ki, avqustun 18-i saat 20.50 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidində terror aktı törədilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölən və yaralıların hamısı Azərbaycan vətəndaşı olduğu bildirilir. Terror aktı nəticəsində həlak olan 17 yaşlı Elmin Elxan oğlu Cəfərov doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilərək torpağa tapşırılıb.

Yaralıların müalicəsi Xasavyurtda davam etdirilir.
 
Просмотров: 233 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031