Понедельник, 06.05.2024, 13:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 21 » Allahşükür Paşazadə: “Monoetnik siyasət yeridən region dövlətlərinə qarşı öz təcrübəmizi qoyuruq”
14:43
Allahşükür Paşazadə: “Monoetnik siyasət yeridən region dövlətlərinə qarşı öz təcrübəmizi qoyuruq”



Azərbaycanda mövcud olan mənəvi mühit həqiqətən unikal və dəyərlidir.

Bunu YAP.org saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə dilə gətirib.

Onun dediyinə görə, bu gün dünyanın ən inkişaf etmiş, adətən hamıya humanizm və sivil münasibətlərə dair tövsiyələr verən ölkələrində belə müxtəlif mədəniyyətlərin birgəyaşayışına dair fikir ixtilafı yaşandığı məlumdur.

A.Paşazadə qeyd edib ki, Azərbaycan isə müstəqilliyini bərpa etdiyi 20 il ərzində çoxəsrlik tarixi olan mənəvi ənənələrinə, İslami dini dəyərlərinə və müdrik, tolerant dövlət siyasətinə söykənərək bütün dünyaya multikulturizmin əsl nümunəsini nümayiş etdirir.

"Bu, olduqca vacib məqamdır. Bu yaxınlarda möhtərəm dövlət başçımız Prezident İlham Əliyev möhtəşəm şəkildə bərpa və yenidənqurmadan sonra açılan Əjdərbəy məscidində etdiyi çıxışda bir məsələni haqlı olaraq xüsusi vurğuladı. O dedi: "Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır.

Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Əgər öyrəniləcəksə, mən tam əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər”.

Mən dövlət başçımızın dəfələrlə səsləndirdiyi daha bir fikirlə tam razıyam ki, multikulturizmdən imtina özünütəcriddir. Biz, Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman bunun əleyhinə olmuşuq. Və bu cür monoetnik siyasət yeridən region dövlətlərinə qarşı öz təcrübəmizi əks-müqabil olaraq qoyuruq. Bugünkü reallıqlar bizim tərəqqimizin misalında kimin daha düzgun yolda olduğunu, daha doğru seçim etdiyini göstərir. Bu, həm də Allahın bəyəndiyi yoldur”, - deyə, o, sonda sözlərinə əlavə edib.
Просмотров: 267 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031