Понедельник, 06.05.2024, 23:31
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » Allahşükür Paşazadə Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsini vacib sayır
18:21
Allahşükür Paşazadə Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsini vacib sayır


Qafqaz Müsəlmanları İdarəsinin rəisi 20 Yanvar faciəsinin baş verməsində əli olanların cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasını vacib sayır. Trend-in məlumatına görə, bu barədə QMİ-nin rəisi hacı Allahşükür Paşazadə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

"Şəhidlərimizə münasibətdə haqq-ədalətin tam yerini tutması üçün biz geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Qorbaçov olmaqla, ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını vacib hesab edirik”, - Paşazadə bildirib.

O bildirib ki, tarixin acı dərslərinin təkrar olunmaması üçün hadisələrin siyasi xarakterini açıqlayan sənədli xronikalar, filmlər, əsərlər yaranmalı və əsl həqiqətlərlə illərdən bəri xalqı narahat edən şübhələrə son qoyulmalıdır.

QMİ sədri bu faciəyə beynəlxalq səviyyədə indiyədək siyasi-hüquqi qiymət verilməməsindən təəssüflənir.

"Ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan dövləti tərəfindən hüquqi-siyasi qiymətini almış 20 Yanvar faciəsinə təəssüf ki, bu günə qədər beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı var ki, öz qatillərini - Mixail Qorbaçovu və onun əlaltılarını, o cümlədən, sapı özümüzdən olan baltaları məhkəməyə cəlb etsin. Əyani, ya qiyabi - fərq etməz, elə açıq məhkəmə qurulmalıdır ki, orada dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq qanunlar zəminində və ekspertlərin rəyi əsasında canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. Önəmli məqamlardan biri də o olmalıdır ki, bu cinayətə, çirkin əmələ bəraət qazandırmaq üçün guya Azərbaycanda "islam fundamentalizmi” bəhanəsi kimi əsassız ittihamların yürüdülməsi faktı ifşa olunsun", - o deyib.

Allahşükür Paşazadə qanlı yanvar hadisəsinin ildönümü ilə bağlı mərasimlərin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd olunmasının tərəfdarı olduğunu və hər il din xadimlərimizə, qazilərimizə, səlahiyyətli nümayəndələrimizə və ruhanilərimizə tədbirlərin bu səpkidə keçirilməsinin tövsiyə edildiyini deyib.
Просмотров: 221 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031