Среда, 08.05.2024, 00:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 17 » Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regional tədbir keçirib
15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regional tədbir keçirib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Lerikdə "Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri” və "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun təbliği ilə bağlı regional seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin, bələdiyyə sədrlərinin, hüquq mühafizə orqanları və ictimai təşkilatların nümayəndələri iştirak edib. AQUPDK-nin sədr müavini Aynur Sofiyeva "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquq müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində rolundan söz açaraq, bu istiqamətdə Azərbaycanda möhkəm hüquqi baza yaradıldığını, 11 rayonda ailə və uşaqlara dəstək Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. 

AUQPDK-nin hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə isə çıxışında "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun və onun işləmə mexanizmi barədə iştirakçılara ətraflı məlumat verib. 
Tədbirdə çıxış edən rayonların icra hakimiyyəti başçılarının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimai təşkilatların təmsilçiləri "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrası istiqamətində yerlərdə görülən işlərdən danışaraq, qanunun işləmə mexanizmi və bu sahədə mövcud problemlərlə bağlı təkliflərini veriblər.
 
Просмотров: 344 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031