Понедельник, 29.04.2024, 08:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июнь » 14 » ABŞ-ın nüfuzlu qəzetində Lənkəran-Monterey şəhərlərinin qardaşlıq mübasibətləri barədə məqalə dərc olunub
17:23
ABŞ-ın nüfuzlu qəzetində Lənkəran-Monterey şəhərlərinin qardaşlıq mübasibətləri barədə məqalə dərc olunub


ABŞ-ın Kaliforniya ştatının "Monterey Bay News & Views" qəzeti Monterey şəhərində Respublika Günü münasibətilə keçirilmiş ziyafət və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin bu münasibətlə Monterey şəhərinə etdiyi səfərə həsr olunmuş məqalə dərc edib.  Azərbaycanı dünyanın ən qədim sivilizasiyalarından biri adlandıran müəllif 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) yaradıldığını qeyd edərək, bu respublikanın müsəlman dünyasının ilk müasir parlament respublikası olduğunu bildirir.

Məqalədə AXC-nin hətta ABŞ-dan iki il əvvəl qadınlara səsvermə hüququ verməsi faktı da xüsusilə vurğulanır.

Müəllif bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək, onun ABŞ və Avropa ilə yaxın əməkdaşlıq münasibətləri qurmaq istəyən bir ölkə olduğunu diqqətə çatdırır. 

Monterey ilə Lənkəran şəhərləri arasındakı qardaşlıq münasibətlərinə toxunan müəllif, iki şəhər arasında turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb, xüsusilə, kənd təsərrüfatı sahəsində Montereyin Lənkərandan öyrənə biləcəyi uğurlu təcrübələrin mövcud olduğunu qeyd edib.

Просмотров: 220 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2012  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930