Главная » 2012 » Март » 25 » ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhər nümayəndələri Lənkəranda olublar
11:26 ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhər nümayəndələri Lənkəranda olublar |
"Doğurdan da Ermənistanla
Azərbaycan arasında konflikt var və Azərbaycan torpaqları Ermənistan
tərəfindən işğal edilib. Əminəm ki, bu dövlətlər arasında razılaşma əldə
olunacaq, Qarabağ məsələsi ilə bağlı qəbul edilən qərarlar öz icrasını
tapacaq”. APA-nın Cənub bürosunun
məlumatına görə, bu açıqlamanı Lənkəranda qonaq olan ABŞ-ın Kaliforniya
ştatının Monterey şəhər rəhbərliyinin nümayəndəsi Erik Lauritzen bu gün
jurnalistlərə müsahibəsində verib. Qeyd edək ki, Azərbaycanın Lənkəran
şəhəri ilə Kaliforniyanın Monterey şəhəri 2010-cu ildən qardaşlaşıb.
Novruz bayramı ərəfəsində Monterey şəhər rəhbərliyinin iki nümayəndəsi
Erik Lauritzen və Nensi Selfridg Lənkərana qonaq gəlib. Bölgənin
gəzməli və görməli yerlərində olduqlarını və Lənkəranın sosial-iqtisadi
inkişafı, turizm potensialı ilə bağlı çoxlu məlumatlar topladıqlarını
deyən Erik Lauritzen sonrakı dostluq əlaqələri üçün mühüm əhəmiyyət kəsb
edən təəssüratlarını vətənə qayıtdıqdan sonra öz həmyerliləri ilə
bölüşəcəyini bildirib: "Məni daha çox maraqlandıran kənd təsərrüfatı
sahəsidir. Lənkəranın aqrar həyatı ilə tanışlıqdan məmnun oldum. Biz
çayçılıqla məşğul olan mütəxəssislərlə görüşdük. Çay plantasiyalarına
baxdıq. Lənkəran və Kaliforniyanın bitki aləmi, florasında oxşar
cəhətlər çoxdur. Burada hər hansı bir iş birliyi qurmaqdan ötrü bizim
gəlişimizlə bərabər, lənkəranlıların da Monterreyə gəlişi vacibdir.
Xalqların mədəniyyətləri müxtəlif olduğu kimi, eyni zamanda oxşarlığı da
olur”.
Nensi Selfridg isə jurnalistlərlə söhbətində bununla Lənkərana ikinci
dəfə gəldiyini deyərək, Lənkəran mətbəxinin zənginliyinə heyran
qaldığını, xüsusən də plovdan çox xoşu gəldiyini bildirib: "Novruz
bayramı ərəfəsində biz bir neçə ailədə olduq. Lənkəranın özünəməxsus
zəngin mətbəxindən çox şey götürdük, müxtəlif yeməklərdən, əsasən də
plovdan bolluca daddıq. Bu dəfdəki gəlişimdə Lənkəranda çoxlu
dəyişiklərin, yeniliklərin baş verdiyinin şahidi oldum. Yeni tikililər,
hündür binalar şəhərə çox yaraşır. Növbəti səfərimiz Bakıya olacaq.
Vətənə qayıdandan sonra isə buradakı təəssüratlarımız barədə
həmyerlilərimizə danışacağıq. Əlbəttə, ən başlıca məqsədimiz
Lənkəran-Monterey əlaqələri ilə bağlı çoxlu layihələr hazırlamaq və
yaxın gələcəkdə onların gerçəkləşməsinə çalışmaqdan ibarətdir”.
Kaliforniyalı qonaqları müşayiət edən Lənkəran Şəhər İcra Hakimiyyəti
aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin
müdiri Əlimərdan Əliyev Lənkəranın artıq iki şəhərlə - Türkiyənin
İsgəndərun və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərləri ilə
qardaşlaşdığını bildirib. Hər iki şəhərlə yaxından sıx əməkdaşlıq
edildiyini diqqətə çatdıran icra rəsmisi Monterey şəhəri ilə müəyyən iş
birliklərinin qurulacağını, o cümlədən tələbə mübadiləsinin həyata
keçiriləcəyini və bununla bağlı artıq razılaşmanın əldə edildiyini dilə
gətirib.
|
Просмотров: 212 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|