Воскресенье, 28.04.2024, 11:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 14 » ABŞ-ın Azərbaycandakı səfiri Lənkəranda gənclər ilə görüşüb
07:52
ABŞ-ın Azərbaycandakı səfiri Lənkəranda gənclər ilə görüşüb


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, onun xanımı Zeyno Baran-Brayza və UNİSEF-in Azərbaycan üzrə ofisinin direktoru Mark Herevordun Lənkəran şəhərindəki Gənclər Evində yerli gənclərlə görüşü keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, əsasən Lənkəran Dövlət Universitetinin tələbələrinin qatıldığı tədbirdə səfir Lənkəran gənclərinin dünyagörüşü, maraq dairəsi ilə maraqlanıb.
Lənkərana gəlişinin məqsədini açıqlayan Metyu Brayza ABŞ səfirliyinin Heydər Əliyev Fondu ilə birlikdə bölgədə yaşayan gənc qızlar üçün peşəyönümlü məktəbin açılması layihəsini gerçəkləşdirməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, bu məktəbdə öyrədilən bilik və bacarıqlar sayəsində qızlar Azərbaycan cəmiyyətinin ən fəal üzvlərindən olmaqla yanaşı, həm də ailələrinə maddi köməklik göstərmək imkanı qazanacaqlar. Bu təşəbbüsün UNİSEF-in Lənkəranda gənc oğlan və qızlar üçün yaratdığı genişmiqyaslı bilik və bacarıqlar öyrədən proqramın bir növ davamı olacağına inam bəslədiyini bildirən ABŞ səfiri burada da əsas məqsədin Azərbaycanın dünya ölkələri ilə daha yaxından inteqrasiya olmasına və əlaqələrin güclənməsinə xidmət etməkdən ibarət olduğunu bildirib.
Qeyd edək ki, ABŞ səfirinin analoji görüşü dekabrın 14-də Astara rayonunun gəncləri ilə olacaq.
Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031